Dövlət başçısı “Gəncə Mall” TM-də yaradılan şəraitlə tanış olub

10-11-2017, 16:08           
Dövlət başçısı “Gəncə Mall” TM-də yaradılan şəraitlə tanış olub
Azərbaycan prezidenti İlham Əliyev “Gəncə Mall” Ticarət Mərkəzində yaradılan şəraitlə tanış olub.

APA-nın məlumatına görə, dövlət başçısına ticarət mərkəzində yaradılan şəraitlə bağlı məlumat verilib.

Bildirilib ki, “Gəncə Mall”un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir.

Qeyd edilib ki, burada aptek, kitab mağazası, müxtəlif restoranlar və “Cinema Plus” kinoteatrı da yerləşir. Ticarət mərkəzində 800 nəfərin yeni iş yeri ilə təmin edilməsi nəzərdə tutulub.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru