Körpə binanın 6-cı mərtəbəsindən yıxılaraq ölüb - BAKIDA
11-11-2017, 04:32
Bakının Nəsimi rayonunda bədbəxt hadisə baş verib. "Report" xəbər verir ki, Səməd Vurğun parkının yaxınlığında yerləşən hündürmərtəbəli evin 6-cı mərtəbəsində yaşayan 1 yaş 8 aylıq German Andryeviç mənzilin pəncərisindən yerə yıxılıb. Körpə xəstəxanaya aparılarkən yolda ölüb. Fakt araşdırılır.