Bakının Nizami rayonu ərazisində orta yaşlı kişini maşın vurub. "Report" xəbər verir ki, hadisə 1955-ci il təvəllüdlü Xəlilov Nüsrət Surət oğlu Rüstəm Rüstəmov küçəsində piyadalar üçün nəzərdə tutulmayan yoldan keçərkən baş verib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.