Şəmkirdə işə gedən 2 piyadanı avtomobil vuraraq öldürüb
30-11-2017, 09:50
Şəmkirdə 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Yaqublu kəndində qeydə alınıb. Yolu keçmək istəyən iki kişini avtomobil vuraraq hadisə yerindən qaçıb. Hər iki piyada yerində ölüb. İlkin məlumatlara görə, hələlik kimliyi bilinməyən hər iki piyada istixanada işləməyə gedirmiş. Faktla bağlı araşdırma aparılır.