Ədənə tanklarla daxil olan husilər mərkəzdə nəzarəti ələ keçiriblər

4-04-2015, 16:14           
Ədənə tanklarla daxil olan husilər mərkəzdə nəzarəti ələ keçiriblər Yəməndə husilər tanklarla Ədən şəhərinə daxil olublar. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Bəhreynin «Əl-Vasat» qəzeti şahid sözlərinə istinadlən məlumat yayıb.

Bildirilir ki, husilərin çoxsaylı bölmələri ağır pulemyotlar quraşdırılmış tank və yük maşınlarının müşaiyyəti ilə Ədənin mərkəzində Xor Maksar rayonuna gəliblər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının başçılığı ilə Fars körfəzi ölkələrinin də daxil oluduğu beynəlxalq koalisiyanın, həmçinin Misir, Sudan və İordaniyanın dəstəyi ilə ötən həftədən husilərə qarşı hərbi əməliyyatlara başlayıb. HHQ-nin Sanada həyata keçirdikləri əməliyyatlar nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla onlarla dinc sakin həlak olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru