İsrail Qəzza zolağının Misirlə həmsərhəd zonasına zərbə endirib

14-01-2018, 10:38           
İsrail Qəzza zolağının Misirlə həmsərhəd zonasına zərbə endirib
İsrail aviasiyası Qəzza zolağının Misirlə həmsərhəd zonasında “terrorçu infrastruktur”un olduğunu iddia edərək əraziyə aviazərbə endirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hərbçilər zərbənin konkret səbəblərini açıqlamasalar da, yaxınlıqdakı “Kərəm Şalom” sərhəd nəzarət-buraxılış məntəqəsinin təhlükəsizlik baxımından yanvarın 14-də bağlanacağını bildiriblər.



İsrail baş verənlərə görə məsuliyyətin HƏMAS-ın üzərində olduğunu qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.