“Audi” 127 min avtomobili geri çağırır

21-01-2018, 10:42           

Almaniynın Federal Avtomobil İdarəsi 127 min V6 TDI dizel mühərrikli yeni Audi markalı avtomobilinin geri çağırılması barədə göstəriş verib.

Trend-in məlumatına görə, geri çağırılma karbon qazı emissiyası ilə bağlı qalmaqalla əlaqədardı.

Belə ki, A4, A5, A6, A7, A8, Q5 və Q7 modellərində təmizləmə sistemlərinin qanunsuz söndürülməsi aşkar edilib.

Daha öncə Audi-nin də daxil olduğu Volkswagen avtokonserni ABŞ-da karbon qazının real emissiyasının göstəricisini azaldan proqram təminatının avtomobillərdə quraşdırılmasında ittiham edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru