Gecə klubunda kütləvi dava: 3 nəfər bıçaqlandı

22-01-2018, 10:31           

Gəncə şəhərində yerləşən gecə kütləvi dava düşüb.

Report-un məlumatına görə, hadisə gecə saatlarında baş verib. "X-Clup" adlanan məkanda baş verən kütləvi davada 3 nəfər, Şəmkir rayon sakinləri - 1996-cı il təvəllüdlü Rzazade Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıb. Onlardan M.Orxanın vəziyyəti kafi digərləri isə ağırdır. Məlumata görə əlbəyaxa dava zamanı daha bir neçə nəfər də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru