Həyat yoldaşını qətlə yetirdi — Polisə intihar dedi

22-01-2018, 11:21           
Həyat yoldaşını qətlə yetirdi — Polisə intihar dedi
Hadisə yanvar ayının 20-də Lökbatan qəsəbəsi, 6-cı massivdə baş verib.
"Ölkə.Az" xəbər verir ki, həmin mənzildə kirayədə yaşayan Qəhrəmanlı Elvin Arzu oğlu polisə zəng edərək bildirib ki, evə gələrkən həyat yoldaşı Günel Qəhrəmanlının özünü asdığını görüb.

Dərhal hadisə yerinə Qaradağ rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin araşdırmalara başlayıblar.
Qadının boğazında olan əl-barmaq izləri məhkəmə tibbi ekspertini şübhələndirib və E.Qəhrəmanlı dindirilib. Məlum olub ki, Elvin həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürüb. E.Qəhrəmanlı şübhəli şəxs qismində saxlanılıb və rayon prokurorluğuna təhvil verilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda cinayət məcəlləsinin 120..1-ci (qəsdən adam öldürmə) madəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru