Bakıda 58 yaşlı kişi bıçaqlanıb 23-01-2018, 07:33 Bakıda yaşlı kişi evdə naməlum şəraitdə bıçaqlanıb."Report"un məlumatına görə, hadisə Səbail rayonu, Qardaşlar küşəsində yerləşən fərdi yaşayış evində baş verib.1960-ci il təvəllüdlü Əzimov Əli Rəfael oğluna evdə naməlum şəraitdə iki bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.Faktla bağlı Səbail Rayon Polis İdarəsinə məlumat verilib.Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır. Facebook-da paylaş