ABŞ-ın Haitidəki Səfirliyi Trampa qarşı etiraz aksiyasına görə bağlanıb

23-01-2018, 07:43           
ABŞ-ın Haitidəki Səfirliyi Trampa qarşı etiraz aksiyasına görə bağlanıb
ABŞ-ın Haitinin paytaxtı Port-o-Prensedəki səfirliyi Birləşmiş Ştatlar prezidenti Donald Trampın yürütdüyü siyasətə qarşı keçirilən kütləvi aksiyalara görə bağlanıb,

"Report" xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları səfirliyin binasını 1000-dən çox etirazçıdan qorumaq üçün barrikadalar qurmağa məcbur olub. Bəzi nümayişçilər polis əməkdaşlarına daş atıb. Asayiş keşikçiləri buna cavab olaraq aksiyaçılaraq qarşı gözyaşardıcı qaz tətbiq edib.

Səfirlik yerli vaxtla günortadan sonra bağlanıb və əməkdaşlarını təhlükəsiz yerə göndərib.

Haitidə etirazlar Donald Trampın bu və digər ölkələr haqqında təhqiredici fikirlərinə görə başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru