Bakıda bir qəsəbədə eyni anda 12 oğurluq hadisəsi olub - İLGİNC

20-08-2015, 20:41           
Bakıda bir qəsəbədə eyni anda 12 oğurluq hadisəsi olub - İLGİNC
20 avqust gecə saatlarında, Zığ qəsəbəsindəki “Duzlu göl” yaxınlığında kütləvi oğurluq hadisəsi baş verib.

Qəsəbə sakinlərinin Modern.az saytına verdiyi məlumata görə qəsəbədəki 12 evdə naməlum şəxslər oğurluq törədib. Hadisə zamanı müxtəlif növ qızıl-zinət əşyaları, ev avadanlıqları aparılıb.

Modern.az məsələni dəqiqləşdirmək üçün Hövsan qəsəbəsindəki 30-cu polis bölməsilə əlaqə saxlayıb.

Bölmə əməkdaşı saytımıza qəsəbədəki kütləvi oğurluq faktını təkzib edib: “Ərazidə hər gün oğurluq halları qeydə alınır. Amma kütləvi oğurluq tamamilə yalandır”.

O deyib ki, 20 avqust gecə saatlarında yalnız bir oğurluq qeydə alınıb: “Evindən oğurluq edilən şəxs “Qum adası”, nömrəsiz ev ünvanında yaşayan Məmmədova Alidədir.

Onun evindən qızıl saat, fotoaparat, kompüter oğurlanıb. Hadisə barədə araşdırma aparılır. Şübhəli şəxs qismində saxlanılan yoxdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru