Zakir Həsənov bəzi hərbçilərin rütbəsini kiçildib

20-08-2015, 22:04           
Zakir Həsənov bəzi hərbçilərin rütbəsini kiçildib
"Müdafiə Nazirliyinin cəbhəyanı zonada həyata keçirdiyi yoxlamalar zamanı bəzi hərbi qulluqçuların rütbəsi kiçildilib, bəziləri isə vəzifədən kənarlaşdırılıb. Eyni zamanda nailiyyət əldə edənlərin rütbəsi yüksəldilib".

Müdafiə Nazirliyinin mətbuat xidməti "Turan"ın nazirlik aparatında bir sıra yüksək vəzifəli zabitlərin vəzifədən kənarlaşdırılması haqqında sualına belə ümumi ifadə ilə cavab verib.

Müdafiə Nazirliyinin mətbuat xidmətində hesab edirlər ki, aparılan kadr dəyişikliklərində hansısa kriminal axtarmağa dəyməz.

“2014-cü ilin yekunlarına görə Silahlı Qüvvələrdə aparılmış yoxlamalar zamanı nöqsanlara yol verənlərə xəbərdarlıq edilib. Bu cür tədbirlər müntəzəm olaraq həyata keçirilir, buna görə bunda qeyri-adi bir şey axtarmaq lazım deyil.

Mətbuat xidməti KİV-ə hərbi qulluqçuların vəzifədən kənarlaşdırılması və ya vəzifəyə təyin edilməsi haqqında məlumat yaymamağı tövsiyə edir" - deyə məlumatda bildirilir.

Xatırladaq ki, bu həftə qeyri-rəsmi mənbələrdən Azərbaycan Müdafiə Nazirliyinin ən az beş idarə və şöbə rəisinin işdən azad edildiyi məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru