Bakıda tükürpədən cinayət: - 35 yaşlı qadını döyərək zorladılar

22-08-2015, 11:48           
Bakıda tükürpədən cinayət: - 35 yaşlı qadını döyərək zorladılar
Bakının Sabunçu rayonunda 35 yaşlı qadın zorakılıqla üzləşib.

teref.az teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Pirşağı qəsəbəsində yerləşən yeni tikilidə baş verib.

Maştağa qəsəbəsində yaşayan, 1980-cı il təvəllüdlü S. H. əvvəllər tanıdığı Rövşən adlı şəxslə Pirşağı qəsəbəsinə gedib. Orada Rövşən adlı şəxs S. H.-nı döyüb və onunla cinsi əlaqədə olandan sonra hadisə yerindən qaçıb.

S.H. baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə məlumat verib. Hadisə ilə bağlı təhqiqat aparılıb və hadisəyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Sabunçu Rayon Prokurorluğuna göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru