Sumqayıtda maşın azyaşlının üstündən keçdi - Anbaan Video görüntülər

24-08-2015, 22:10           
Sumqayıtda maşın azyaşlının üstündən keçdi - Anbaan Video görüntülər
Sumqayıtda azyaşlının xəsarət alması ilə nəticələnən qəza baş verib.

Hadisə Sumqayıtın "Şərq” bazarının ətrafında qeydə alınıb.

Qəza ətrafda tikinti materiallarının satışı ilə məşğul olan ticarət obyektlərindən birinin müşahidə kamerasına düşüb.

Görüntüdən belə məlum olur ki, valideynin nəzarətindən yayınan azyaşlı avtomobil yoluna qaçır.

Bu zaman yoldan keçən avtomobilin sürücüsü çox çalışsa da avtomobili saxlaya bilmir və uşaq avtomobilin altında qalır. Sürücü dərhal xəsarət alan azyaşlını xəstəxanaya çatdırıb və ona yardım göstərilib. Uşağın valideynləri isə qəza törədən sürücüdən məhkəməyə müraciət ediblər. Amma görünən odur ki, qəzanın baş verməsi valideynlərin övladlarına diqqətsiz yanaşması səbəbindən baş verir.

[media=https://www.youtube.com/watch?v=SAU2dv1Cm_s]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.