İraqda Almaniyadan olan yeniyetmə qız İŞİD-ə qoşulduğuna görə həbs edilib

19-02-2018, 09:43           
İraqda Almaniyadan olan yeniyetmə qız İŞİD-ə qoşulduğuna görə həbs edilib
İraqda 17 yaşlı Almaniya vətəndaşı İŞİD terror təşkilatına qoşulduğuna görə, 6 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər vrir ki, bu barədə "Suddeutsche Zeitung" nəşri yazıb.

Bildirilir ki, yeniyetmə qızın cinayət işi üzrə dinləmələr Bağdadda aparılıb, lakin müttəhimin həddi-buluğa çatmaması səbəbindən prosesin təfərrüatları açıqlanmayıb.

Almaniya Xarici İşlər Nazirliyi mühakimə barədə məlumatı təsdiq etməyib.

Qız Mosulun İraq hərbçiləri tərəfindən terrorçulardan azad olunması zamanı tutulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru