Mirqədirov müalicə müəssisəinə köçürülür

25-08-2015, 15:10           

MTN-in təcridxanasında saxlanılan jurnalist Rauf Mirqədirov bu gün tibbi müayinə üçün Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürüləcək.


“Qafqazinfo” xəbər verir ki, bu barədə virtualaz.org saytına jurnalistin vəkili Fuad Ağayev məlumat verib. Vəkil deyib ki, R.Mirqədirovun səhhətində ciddi problemlər var.

"Zerkalo" qəzetinin icmalçısı R.Mirqədirov 2014-cü il, aprelin 19-da Türkiyədən deportasiya olunduqdan dərhal sonra CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə həbs olunub. O, ittihamları rədd edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru