Elşad Miri qadağan edilən kitabının müdafiəsinə qalxdı

23-02-2018, 14:00           

Tanınmış ilahiyyatçı Elşad Miri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini məhkəməyə verib.

Bu barədə Kult.az-a ilahiyyatçı özü danışıb. O, “İslamda yoxdur!” adlı kitabına verdiyi əsassız rəyə görə Komitəyə qarşı məhkəmədə iddia qaldırdığını deyib.

İlahiyyatçı bildirib ki, kitaba verilən rəyin ifadə azadlığına və qanunvericiliyə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına zidd olması, Quranı deyil, məzhəbləri əsas tutduğu, kitabda sadalanan 7 bölümün hamısının klassiklərimizin də mübarizə apardığı mövzulardan olması kimi məsələlər iddia ərizəsində öz əksini tapıb.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi E.Mirinin “İslamda yoxdur!” adlı kitabının çap olunmasına qadağa qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru