Bakıda sexdə gənc oğlan naməlum şəraitdə bıçaqlanıb 24-02-2018, 09:28 Bakının Maştağa qəsəbəsində bıçaqlanma hadisəsi baş verib."Report"un xəbərinə görə, hadisə avtomobil təmiri sexində qeydə alınıb.1990-cı il təvəllüdlü Zeynalov Zöhrab naməlum şəraitdə qarın nahiyəsinə bıçaq zərbəsi vurulub. Yaralı xəstəxanaya yerləşdirilib.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları hadisənin təfərrüatlarını araşdırır. Facebook-da paylaş