Göygöldə oğul anasını bıçaqlayıb

25-02-2018, 10:09           

Göygöldə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon sakini 1959-cu il təvəllüdlü Yusibova Mötəbər İslam qızı qarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.



Məlumata görə M. Yusibova oğlu tərəfindən bıçaqlanıb. Belə ki, M. Yusibova oğlu 1998-ci il təvəllüdlü Zaur Əsgərovun spirtli içki içməsinə etiraz edərkən, sonuncu tərəfindən bıçaqlanıb.



Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.