Bakıda çoxmərtəbəli binada yanğın olub, 8 nəfər təxliyə edilib

25-02-2018, 10:16           

Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 m2 olan 4 otaqlı mənzilin bir otağında ev əşyaları 15 m2 sahədə yanıb.



APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru