Gəncədə kişi həyat yoldaşının qohumları tərəfindən bıçaqlanıb 25-02-2018, 11:02 Gəncə şəhərinin Məhsəti qəsəbəsində bıçaqlanma hadisəsi baş verib."Report"un Qərb bürosu xəbər verir ki, 1993-cu il təvəllüdlü Rzayev Emin Habil oğlu həyat yoldaşının qohumları tərəfindən bıçaqlanıb.Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.Hadisənin başvermə səbəbləri araşdırılır. Facebook-da paylaş