Beynəlxalq Əfv Təşkilatı Səudiyyə Ərəbistanı ilə bağlı hesabat hazırlayıb. Hesabata görə, krallıqda hər iki gün ərzində bir nəfər edam olunur. Axar.az xəbər verir ki, ötən il Ərəbistanda 175 şəxs edam olunub. Bu ilin ilk 6 ayında isə edam edilənlərin sayı 102-yə çatıb. Yeni kralın dövründə edam sayının artdığını vurğulayan beynəlxalq təşkilat 1985-ci ildən indiyədək Ərəbistanda 2208 insanın edam edildiyini açıqlayıb. Mütəxəssislər 1995-ci il ərzində 192 adamı edam etməklə rekord qıran Səudiyyə Ərəbistanının bu il yeni rekorda imza atacağını bildirir. İngiltərənin “İndependent” qəzetinin xəbərinə görə, Səudiyyə Ərəbistanında edam baş kəsmə üsulu ilə yerinə yetirilir. Bundan savayı, edam edilənlər arasında günahı törətdiyi zaman 18 yaşından aşağı olanlar, əqli cəhətdən anormal şəxslər də var.