Bu gün Londonun şimal-şərqində partlayış baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, London polisi "Twitter" sosial şəbəkəsindəki səhifəsində ilkin məlumata əsasən hadisənin terrorizmlə bağlı olmadığını bildirib.
Məlumatda qeyd edilib ki, Londonun Qarold-Xill rayonunda Farnxem-roud küçəsində baş verən partlayışın səbəbi də hələlik məlum deyil.