Yasamalda 3 otaqlı, Binəqədidə 2 otaqlı mənzil yanıb

7-03-2018, 08:39           
Yasamalda 3 otaqlı, Binəqədidə 2 otaqlı mənzil yanıb
Bakının Yasamal və Binəqədi rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 60 m2 olan 2 otaqlı mənzilin dəhlizinin lambirdən ibarət tavanı 12 m2 və dəhlizində quraşdırılmış şkaf və içərisindəki əşyalar 6 m2 sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Digər yanğın Binəqədi rayonunda baş verib. Beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m2 olan 3 otaqlı mənzilin mətbəxində 5 m2 sahədə mətbəx mebeli yanıb, yüksək temperaturdan məişət texnikası və lambirindən ibarət tavan 9 m2 sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru