Samux sakini Arzu Rəhimovdan kömək istəyir — Vətəndaş hərbi biletini geri ala bilmir

4-04-2015, 16:39           
Samux sakini Arzu Rəhimovdan kömək istəyir — Vətəndaş hərbi biletini geri ala bilmir Samux rayonu Qarayeri qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məmmədov Natiq Nizami oğlu Qafqaz Xəbər Agentliyinə müraciət edərək bildiirb ki: “ 2003-cü ilin iyun-avqust aylarında Samux rayon xəstəxanasında müalicə olunmuşam. Ayağım şikəst olduğu üçün 2005-ci ildə hərbi həkim komissiyası məni orduda qulluq etməkdən azad edib. Ancaq 2-3 ildən bir Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ( SHXÇDX ) Samux rayon bölməsindən məni çağırıb 100 manat rüşvət alırlar. Bu il verməyə pulum olmadığı üçün mənim hərbi biletimi bölmədən alıb geri qaytarmırlar”. Sonda şikayətçi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimovdan xahiş edir ki, onun hərbi biletinin qaytarılmasına kömək etsin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru