Yağış respublika əhəmiyyətli daha bir yolu sıradan çıxara bilər

14-06-2018, 00:04           

Ərazidə asfalt örtüyü çökərək yolun bir hissəsini bağlayıb
Şamaxıda yenidən ərazilərdə sürüşmə zolağı aktivləşib.

Şamaxı-Qızmeydan avtomobil yolunda yeni sürüşmə zonası yaranıb. Torpağın sürüşməsi nəticəsində dörd kəndin mərkəzlə əlaqəsi çətinləşib. Ərazidə asfalt örtüyü çökərək yolun bir hissəsini bağlayıb.

Son bir həftədə Şamaxıya yağan güclü leysan yağışlarından sonra Qızmeydan avtomobil yolunun daha iki hissəsində böyük sürüşmə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, yolun iki hissəsində yenidən baş verən uçqun nəticəsində asfalt örtüyü 5 metr dərinlikdə çöküb. 40-50 metrdən artıq ərazini əhatə edən sürüşmənin baş verdiyi yolda iri çatlar əmələ gəlib və sözügedən yolda avtomobillərin hərəkəti çətinləşib.

Şamaxı-Qızmeydan avtomobil yolunda sürüşmə zonası

Read more: https://sputnik.az/incidents/20180613/415775240/samaxida-surusme-oldu.html
Sürüşmənin baş verdiyi hissəsində yolun kənarlarında olan bordyurlar da torpağın altında qalıb. Asfalt örtüyünün yarı hissəsində torpağ uçqununun oluduğuna görə və uçğunlar sərt döngələrdə baş verdiyi üçün, əsasən, gecə saatlarında avtomaşınların gediş-gəlişinə təhlükələr yaranır.

Sakinlərin sözlərinə görə, bu yolda hər gün sürüşmə baş verir və uçqunların miqyası günü-gündən böyüyərək yolun daralmasına səbəb olur. Kəndlərə gedən iritonnajlı avtomobillərin də hərəkət etməsində problemlər yaranır.

Onu da qeyd edək ki, sürüşmə aktiv fazadadır. Yağışlar davam edərsə, yol tamamilə bağlana bilər.


sputnik.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.