Gəncə sakini qohumunun üzərinə benzin tökərək onu yandırıb

14-06-2018, 11:07           
Gəncə sakini qohumunun üzərinə benzin tökərək onu yandırıb
Gəncə şəhər sakini qohumunun üzərinə benzin tökərək onu yandırıb.

"Report"un Qərb bürosunun məlumatına görə, şəhər sakini, 1954-cü il təvəllüdlü Fikrət Əmiraslanov özünə məxsus ət dükanında olan zaman qohumu Rabid Abdinov sərxoş vəziyyətdə dükana gəlib və onunla mübahisə edib.

Mübahisə zəmnində R.Abidinov özüylə plastik qabda gətiridiyi benzini qəfildən F.Əmiraslanovun üzərinə səpərək alışdırıb.

Müxtəlif yanıq xəsarətləri alan F.Əmiraslanov xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb. İlkin məlumatlara görə, F.Əmiraslanov hadisəni törədən şəxsin bacısı qızının qaynatasıdır və hadisəyə ailələr arasında olan münaqişə səbəb olub.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru