Samux sakini iş yoldaşını qətlə yetirdi

16-06-2018, 11:11           

Samux rayonunda qətl hadisəsi baş verib.

Hadisə ötən gecə rayonun Ağasıbəyli kəndində qeydə alınıb.

Kənddə yerləşən qazpaylayıcı stansiyada nəzarətçi işləyən, 1988-ci il təvəllüdlü Rəşad Məhərrəmov iş yoldaşı 1966-cı il təvəllüdlü Əhmədov İntiqam İmamverdi oğlu ilə birgə kafedə yemək yeyəndən sonra onu bıçaqlayaraq qətlə yetirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. R. Məhərrəmov saxlanılıb.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru