Sumqayıtda dənizdən meyiti tapılmış kişinin oğlu tərəfindən öldürüldüyü məlum olub

28-06-2018, 12:45           
Sumqayıtda dənizdən meyiti tapılmış kişinin oğlu tərəfindən öldürüldüyü məlum olub
Sumqayıtda dənizdən meyiti tapılmış kişinin oğlu tərəfindən öldürüldüyü məlum olub.

“Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 1965-ci il təvəllüdlü Mikayıl İsfəndərovu oğlu 21 yaşlı İsmayıl İsgəndərov bıçaqlayaraq Xəzər dənizinə atıb.

İ.İsgəndərov saxlanılıb.

Qeyd edək ki, iyunun 27-də Sumqayıtda dənizdən kişi meyiti tapılıb. Məlum olub ki, bu, Sumqayıt şəhər sakini 1965-cı il təvəllüdlü İsgəndərov Elşən Mikayıl oğludur. Onun meyiti tapılan şəxsin üzərində zorakılıq əlamətlərinin və bədənində bir bıçaq yarasının olduğu müəyyən edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru