ABŞ silahı Qarabağda: Azərbaycana qarşı növbəti TƏXRİBAT - FOTO

28-06-2018, 19:41           
ABŞ silahı Qarabağda: Azərbaycana qarşı növbəti TƏXRİBAT - FOTO
Dağlıq Qarabağdakı separatçı rejim rəsmi qadağa olsa da, ABŞ-ın snayper tüfəngləri ilə təmin olunub.

Modern.az xəbər verir ki, cəbhə xəttində çəkilən fotolardan birində xüsusi təyinatlı erməni hərbçisinin əlində ABŞ istehsalı olan SRS A1 snayper tüfənginin olduğu görünür.

ABŞ-ın Azərbaycan və Erməniostan münaqişə tərəfləri olduğu üçün silah satmadığın nəzərə alsaq, snayper tüfnəginin Azərbaycanın işğal altındakı torplaqlarında olmasını ciddi beynəlxalq hüquq pozuntusu adlandırmaq olar.

Xatırladaq ki, SRS A1 snayper tüfəngləri ABŞ-ın "Desert Tactical Arms" şirkəti tərəfindən yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru