Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR

22-07-2018, 15:06           
Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR
Göyçay rayonunda təşkil edilən toy mərasimində qidalanmadan sonra qonaqlar arasında kütləvi şəkildə halı pisləşənlər olub.

Moderator.az apa-ya istinadən məlumatına görə rayonun Şəhadət Qarabağlar kənd sakini Cəfərov Şirvan Cəfər oğlunun nəvəsi üçün Göyçay şəhərindəki restoranlardan birində təşkil edilən sünnət toyu mərasimində qonaqlara müxtəlif çeşiddə meyvə şirələri təqdim edilib.

Meyvə şirələrini içən qonaqlardan 14 nəfərin halı qəflətən pisləşib. Onlardan 9-u böyük, 5-i isə uşaqdır. Xəstələr təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlarda qusma və ishal əlamətləri olduğu üçün ilkin olaraq xəstələrə kəskin eqzogen qastrit diaqnozu qoyulub. Aparılan analizlərdən sonra onların nədən zəhərləndiyi məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru