Ucarda canavarlar kəndə hücum etdi, qoyunları parçaladı

27-07-2018, 21:10           
Ucarda canavarlar kəndə hücum etdi, qoyunları parçaladı
Ucar rayonunda canavarlar kəndə hücum edib.
Teref.az-in APA-ya istinadən xəbərinə görə, hadisə gecə saatlarında rayonun Lək kəndində baş verib.

Kənd sakini Zöhrab Pənah oğlu Nəsurovun həyətyanı sahəsində saxladığı 61 baş xırdabuynuzlu heyvana gecə saatlarında canavarlar hücum edib.

Canavarlar 30 baş qoyunu parçalayaraq öldürüb, 2 baş qoyunu aparıb və 15 başa yaxşın qoyunu isə yaralayıb.

Rayon Baytarlıq idarəsinin həkimləri hadisə yerinə cəlb olunaraq yaralı heyvanlara lazımı tibbi yardımlar göstəriblər.

Kənd sakinləri hətta canavarlara gündüz saatlarında rast gəlindiyini, analoji hadisələrin son vaxtlar rayonda tez-tez baş verdiyini deyirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.