Bakıda kafedə gənc sərxoş halda bıçaqlanıb

28-07-2018, 08:16           
Bakıda kafedə gənc sərxoş halda bıçaqlanıb
Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə 3-cü mikrorayon bazarında baş verib.

Bazarda yerləşən "Körpü" kafesində müştəri kimi əyləşən Rüstəmov Yaməddin Asif oğlu digər masadakı şəxslə mübahisə edib. Mübahisənin sonu əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Y.Rüstəmov qarın nahiyəsindən bıçaqlanıb. Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Bir nəfər saxlanılıb. Məlum olub ki, hər iki şəxs sərxoş vəziyyətdə olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru