4 gənc Bakıda ağır qəza törətdi - yaralılar var

29-07-2018, 09:09           
4 gənc Bakıda ağır qəza törətdi - yaralılar var
Bu dəqiqələrdə Bakıda, Yeni Yasamal ərazisində (Vital klinikasının yaxınlığı) ağır yol nəqliyyat hadisəsi baş verib.
BakuPost.az xəbər verir ki, yüksək sürətlə hərəkət edən "Kia Sarento" markalı, 90 OV 316 nömrə nişanlı avtomobil maneəyə çırpılaraq bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfər şəxs xəsarət alıb, avtomobil yararaız hala düşüb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobili sürətlə idərə edirmiş. Avtomobildəkilərin hamısı gənclər olub.
Hadisə yerinə iki təcili tibbi yardım maşını və polislər gəlib.

Hadisə yerindən çəkilən fotoları təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru