Abşeronda dəhşətli qətl – Təfərrüat

29-07-2018, 09:23           
Abşeronda dəhşətli qətl – Təfərrüat
Abşeron rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Saray qəsəbəsi, "Badamlılıq" yaşayış massivində 1976-cı il təvəllüdlü Müşfiq Abbasov bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Müşfiq Abbasov xəstəxanada ölüb.

Məlum olub ki, Müşfiq Abbasov hadisədən əvvəl qaynı tərəfindən şəxsi münasibətlər zəminində mübahisə edib.

Onların mübahisəsi sonda qanlı cinayətlə nəticələnib.

Cinayəti törədən şəxs saxlanılıb.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru