İzlənildiyini görən kişi özünü yaraladı

29-07-2018, 10:52           
İzlənildiyini görən kişi özünü yaraladı
Şamaxı sakini qolunu doğramaqla özünə xəsarət yetirib.

Teref.az"Report"a istinadən xəbər verir ki, rayonun Məlhəm kənd sakini, 1969-cu il təvəllüdlü Həsənov Qabil Sabiroğlu gecə saatlarında Hacıqabul şəhərində tanımadığı şəxslər tərəfindən izlənildiyini görüb. O, əlini yaxınlıqdakı avtomobilin ön şüşəsinə çırpıb.

Nəticədə Q. Həsənov ciddi xəsarətlər alıb. O, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru