Sumqayıtda gənc abidənin arxasında canına qıydı

29-07-2018, 16:43           
Sumqayıtda gənc abidənin arxasında canına qıydı
Sumqayıtda 26 yaşlı gənc intihar edib.

Report xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində, Ulduz abidəsinin yaxınlığında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1992-ci il təvəllüdlü Cahangirov Asiman Cavadxan oğlu Ulduz abidəsinin arxasında olan ağaclıqda özünü kəndirlə asaraq öldürüb. Gəncin meyidi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək, aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.