“Barselona” “Nou Kamp” stadionunun ad hüququnu satır

30-07-2018, 16:54           
“Barselona” “Nou Kamp” stadionunun ad hüququnu satır
İspaniyanın “Barselona” klubu ev oyunlarını keçirdiyi “Nou Kamp” stadionunun ad hüququnu satmaq niyyətindədir.

“Report” “Marca”ya istinadən xəbər verir ki, satış qiyməti 300 milyon avro təşkil edəcək. Bu şərtlər Amerika və Asiya şirkətləri üçün əlverişli ola bilər. Amma hazırda Kataloniya təmsilçisinin rəhbərliyinin heç bir investorlamüqaviləsi yoxdur.

Sözləşmənin 2019-cu ilin əvvəlində bağlanma ehtimalı var.

Qeyd edək ki, “Barselona” klubu aprel ayında “Nou Kamp” stadionunun yenidənqurması üçün şəhər şurası ilə razılıq əldə edib. Bu, təxminən 600 milyon avroya başa gələcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru