Naxçıvanda təcili tibbi yardım avtomobilləri istehsal ediləcək

1-08-2018, 22:35           
Naxçıvanda təcili tibbi yardım avtomobilləri istehsal ediləcək
Naxçıvan Avtomobil Zavodunda avqust ayından etibarən təcili tibbi yardım avtomobilləri istehsal ediləcək.

“Report”un məlumatına görə, hazırda müəssisədə premium sinif avtomobillərinin yeni modelləri istehsal olunur.

Zavodda “NAZ-Lifan-330” modelində olan avtomobillərin istehsalı həyata keçirilir. Müştəri rəğbəti qazanan yolsuzluq avtomobili sayılan X60 modelində olan avtomobillər isə yeni dizaynda daha da təkmilləşdirilmiş formada yığılır. Zavodda istehsal olunan premium sinif avtomobillərin yeni modellərində müəyyən dəyişikliklər aparılıb. Belə ki, bu yeni model avtomobillər əvvəlkilərdən fərqli olaraq həm avtomat, həm də mexaniki sürət qutusu ilə təchiz olunub. Bu da müştərilərə geniş seçim imkanı verir.

Yaxın günlərdə zavodda “Lifan”ın yeni 650 modelinin də istehsalı nəzərdə tutulub. Bu da avtomobil sənayesində yeni keyfiyyət dəyişikliklərinin yaranmasına imkan verəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru