İntihara cəhd edən qız itkin kimi qeydiyyatda imiş... - TƏFƏRRÜAT

2-08-2018, 11:38           
İntihara cəhd edən qız itkin kimi qeydiyyatda imiş... - TƏFƏRRÜAT
Bakıda gənc qızın intihara cəhdi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
“Ölkə.Az”ın məlumatına görə, 1984-cü il təvəllüdlü Xasıyeva Aygün Əbülfəz qızı özünü yaşadığı binanın 1-ci mərtəbəsindən yerə atıb. Onun ayağı sındığı üçün xəstəxanaya yerləşdirilib. Məlum olub ki, Aygün Xasıyeva Ağsu rayon sakinidir və 10 iyul 2018-ci il tarixindən Ağsu RPŞ-də itkin kimi qeydiyyatdadır. İlkin dindirmələr zamanı qadın, intihar etməsinə səbəb kimi ailəsinə qayıtmaq istəmədiyini göstərib.
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırmalara başlanılıb.

****

Bakıda gənc qız intihara cəhd edib.
"Ölkə.Az" xəbər verir ki, hadisə Bakının Yasamal rayonunda Əsəd Əhmədov küçəsində baş verib.

1994-cü il təvəllüdlü qız özünü yaşadığı binanın 1-ci mərtəbəsindən yerə atıb.

O, ağır xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalara başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru