Əli Həsənovun nəvəsi azadlığa buraxıldı - Məhkəmə qərarı

2-08-2018, 19:49           
Əli Həsənovun nəvəsi azadlığa buraxıldı - Məhkəmə qərarı
Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev növbəti dəfə məhkəmə önünə çıxarılıb.

Teref.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən N.Allahverdiyev apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baxılıb.

Məhkəmənin qərarına əsasən N.Allahverdiyevin cəzası şərti hesab edilib və o, azadlığa buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru