Orxan Camalın öldürülməsi ilə bağlı yeni izlər

2-08-2018, 20:49           
Orxan Camalın öldürülməsi ilə bağlı yeni izlər
Mərkəzi Afrika Respublikasında öldürülən jurnalist Orxan Camal, rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko avtomobili ələ keçirməyə çalışan şəxslərə müqavimət göstərib.

Open.az xarici mediaya istinadən xəbər verir ki, hadisə barədə araşdırmalar yerli polis, BMT missiyasının və Rusiya səfirliyinin əməkdaşları ilə birgə aparılır.

Məlumata görə, həmin jurnalistlər marşrutları ilə bağlı Rusiya səfirliyini məlumatlandırmayıb və özəl sürücünün xidmətlərindən istifadə ediblər. Sibyu şəhərinin buraxılış məntəqəsində onları fikirlərindən daşındırmaq istəsələr də, buna nail olmayıblar. Məntəqədən 32 kilometr aralıda naməlum şəxslər onlara hücum edib və qətlə yetiriblər.

Öldürülən rusiyalıların cəsədləri iyulun 31-də Sibyu şəhəri yaxınlığında aşkar edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.