Serqey Skripalın 90 yaşlı anası ona baş çəkməyi planlaşdırır
8-08-2018, 08:15
Rusiya baş kəşfiyyat idarəsini sabiq polkovniki Serqey Skripalın anası Yelena Skripal oğlu ilə görüşmək üçün Böyük Britaniyaya səfər etməyi planlaşdırır.
"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Skripalın qardaşı qızı Viktoriya deyib.
O, həmçinin əlavə edib ki, avqustun 11-də vəkili ilə görüşəcək və viza üçün sənədlərin hazırlanmasını müzakirə edəcək.