Tənha tibb bacısı bütün varidatını işlədiyi xəstəxanaya vəsiyyət etdi

12-08-2018, 21:09           
Tənha tibb bacısı bütün varidatını işlədiyi xəstəxanaya vəsiyyət etdi
İtaliyada tibb bacısı həyatı boyunca topladığı bütün varidatını işlədiyi xəstəxanaya vəsiyyət edib. Virtualaz.org “il Piccolo” nəşrinə istinadən xəbər verir ki, mirasın həcmi nə az - nə çox, düz 600 min avro təşkil edir.

Triyest şəhərinin xəstəxanasında çalışan Mariya Bolonya ötən il 95 yaşında vəfat edib. O, təhna olub - əri və yeganə oğlu qadından tez dünyalarını dəyişiblər. Bu səbəbdən, tibb bacısı bütün mirasını işlədiyi xəstəxanaya vəsiyyət edib.

Xəstəxana bu pulları 450 şkaflıq yeni qarderobun tikintisinə, yeməkxananın təmirinə, həmçinin infeksion xəstəliklərin müalicəsi üçün qanköçürmə şöbəsinin yeni avadanlıqlarla təchizatına xərcləmək niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru