Göy rəngin görmə üçün təhlükəli olduğu sübut edildi

13-08-2018, 06:50           
Göy rəngin görmə üçün təhlükəli olduğu sübut edildi
İşığa həssas molekulların fotoreseptorlara təsirini öyrənən amerikalı biokimyaçılar sensasiyalı nəticəyə gəliblər.

Trend-in məlumatına görə, göy rəngin görmə üçün təhlükəli olduğunu deyən alimlər bildiriblər ki, bu zaman “A” vitamini aldehidinin – retinalın aktivləşdirici molekullarına təsir göstərir. Kalsiumun normadan çox olması nəticəsində gözün tor qişasında hüceyrələr ölməyə başlayır.

Biokimyaçılar xəbərdarlıq edirlər ki, kompüter monitorlarının ətrafa yaydığı göy rəng dalğalarının uzunluğu tor qişanın ən zəif seqmentinə - “sarı ləkə”yə təsir göstərir. Xromoforların ilkin vəziyyətə qayıtmasına məhz göy rəng dalğaları mane olur və bununla da tor qişa hüceyrələrini çox zəruri qidalanma mənbəyindən məhrum edir.

Bioloqlarla birgə çalışan tədqiqatçılar müəyyən ediblər ki, bəzi həşərat növlərində də göy rəngə qarşı ifrat həssaslıq müşahidə olunur.

Alimlər tezliklə gözlərin göy işıq dalğalarından müdafiəsi istiqamətində tədqiqatlara başlayacaqlarını bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru