Open.az-ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, K. Rəhimov küçəsi, ev 1, mənzil 31 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1997-ci il təvəllüdlü Tural Sabir oğlu Mustafazadə yaşadığı binanın 7-ci mərtəbəsindən özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.