Dayver köpək balığını hipnoz edib

13-09-2018, 04:45           
Dayver köpək balığını hipnoz edib
Baham adalarında dayver ətrafdakı köpək balıqlarının yanında onlardan biri hipnoz edib.

Trend-in məlumatına görə, bu tyuku akvalangist Li Kobb nümayiş etdirib. Emma adlı 5 metrlik köpək balığını əvvəla yemləyib, daha sonra hipnoz edib. Dayver onu ehmalca başı aşağı çevirib, sonra isə köpək balığı özünə gəlib və uzaqlaşıb. Ətrafda olan digər köpək balıqları hadisəyə münasibət bildirməyib.

Dayver köpək balığını tanatoz vəziyyətinə salıb. Bu müdafiə üçün reaksiyadır. Bəzi heyvanlar, misal üçün opossumlar, təhlükə olduğu təqdirdə ölü olduqlarını göstərir.

Köpək balıqları haqda The Shark Trust portalının məlumatına əsasən, köpək balıqlarının üzündə olan bəzi nöqtələrə toxunmaqla bu vəziyyəti yaratmaq olar. Bu yoldan adətən tədqiqatçılar istifadə edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.