Bağdadda növbəti partlayış: 6 ölü, 43 yaralı.. 13-09-2018, 06:46 İraqın paytaxtı Bağdadda bomba quraşdırılan avtomobilin partladılması nəticəsində 6 nəfər həyatını itirib, 43-ü isə yaralanıb.Axar.az xəbər verir ki, Səlahəddin bölgəsində baş verən teraktda 4 avtomobil yararsız hala düşüb və bir restorana da zərər dəyib.Terror aktı ilə bağlı məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Facebook-da paylaş