Gəlmə olduğu üçün döyülən Şəmkir sakini qisasını bıçaqla aldı - “Evdən tək çıxan kimi, üz-göz qoymurlar”
13-09-2018, 19:27
Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARB TV xəbər verir ki, Tovuzun Alakol kənd sakini 42 yaşlı Azər Məmmədov Şəmkir sakini Elşən Ələsgərovla mübahisə edib və bu zaman Ələsgərov döyülərək müxtəlif bədən xəsarətləri alıb.
Elşən qisas almaq üçün evindən bıçaq götürərək onu döyən Azər Məmmədovun yanına qayıdıb və onu bıçaqlayıb
Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Əməliyyat olunan Azər Məmmədovun vəziyyəti ağır, Elşən Ələsgərovun isə orta-ağırdır.
Elşən Ələsgərov – Bıçaqlayan şəxs: “Dava düşdü, birinci o mənə kəllə atdı. 3-4 nəfər idilər. Yıxıb döydülər. Mən də durdum getdim. Şəmkirin Qapanlı kəndindənəm, ora gəlməyəm. Gəlmə olduğuma görə təkləyib döyürdülər. Tək çıxmağıma peşmanam, üz-göz qoymurlar. Öz dostumla gedib oturub 2 stəkan çay içib dərdimi danışa bilmirəm”.
Faktla bağlı Tovuz RPŞ əməkdaşları tərəfindən araşdırmalar aparılır.